EN

İtaliya millisində Qvardiola fırtınası

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyən İtaliya yığmasında köklü dəyişikliklər başlayıb. İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravinanın gedişindən sonra baş məşqçi Cennaro Qattuzo da postunu tərk edib. İndi isə bütün İtaliya tək bir adın ətrafında birləşib: Pep Qvardiola.

İdman.Biz “Gazzetta dello Sport” nəşrinə istinadla xəbər verir ki, İtaliya rəhbərliyi İngiltərənin “Mançester Siti” futbol komandasının sükanı arxasında olan ispan mütəxəssisi razı salmaq üçün hər yolu sınamağa hazırdır. İyunun 22-nə təyin olunan prezident seçkilərindən əvvəl Qvardiolaya rəsmi təklifin göndərilməsi gözlənilir.

55 yaşlı mütəxəssisin Mançester klubu ilə 2027-ci ilin iyununa qədər müqaviləsi olsa da, onun gələn mövsüm İngiltərədə qalacağı sual altındadır. Qvardiola bir müddət əvvəl milli komanda idarə etmək arzusunu dilə gətirib və İtaliya onun üçün yad yer deyil. Futbolçu karyerası dövründə İtaliyanın “Roma” və “Breşiya” futbol komandalarında çıxış edən Pep italyan dilində sərbəst danışır və bu ölkəyə xüsusi rəğbəti var.

“Mən dünya çempionatı, Avropa çempionatı və ya Amerika Kuboku həyəcanını yaşamaq istərdim. Milli komandada işləmək üçün onlar səni istəməlidirlər. Məni kimin istəyəcəyini bilmirəm”, - deyə Qvardiola daha əvvəl ESPN-ə verdiyi müsahibədə bildirmişdi.

“Marca” nəşri qeyd edir ki, bu keçidin qarşısındakı tək maneə maliyyə məsələsidir. Qvardiola hazırda illik 24.8 milyon avro (təxminən 50 milyon AZN) maaş alır. Lakin FIGC bu problemi sponsorların dəstəyi ilə həll etməyi planlaşdırır - eynilə 2014-cü ildə Antonio Kontenin təyinatında olduğu kimi.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
icma.az

1Sources