Yazını böyüt
Yazını kiçilt
Şəkidə idarəetmədən çıxan maşın ağaca çırpılıb.
Hafta.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Elsevər İsmayılovun idarə etdiyi “Mercedes” markalı maşın ağaca çırpılıb. Nəticədə, avtomobildə olan sərnişinlər - 49 yaşlı Rizvan İsmayılov və 68 yaşlı Tamilə İsmayılova ağır xəsarətlər alıb.
T.İsmayılova xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb.