Ajans.az Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, hava hücumu nəticəsində yaşayış binalarına, müəssisələrə və sənaye infrastrukturuna ziyan dəyib. Şəhərdə yanğınlar baş verib. Dördmərtəbəli yaşayış binası qismən dağılıb. İlkin məlumatlara görə, biri uşaq olmaqla 14 nəfər yaralanıb. Beşi uşaq olmaqla 30 nəfər xilas edilib.
İnsanların dağıntılar altında qaldığı ehtimal olunur. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.