EN

Qaraçinar qədim yaşayış yeri: Beş min il əvvəl Azərbaycan əhalisinin qidası barədə mühüm elmi açıqlamalar

Bakı. Trend:

Laborator analizlər Azərbaycan ərazisində eramızdan əvvəl IIIminillikdə yaşamış Kür-Araz mədəniyyəti daşıyıcılarının qidarasionu barədə maraqlı məlumatları üzə çıxarıb.

Trend xəbər verirki, bu barədə AMEA Arxeologiya və Antropologiya İnstitutuməlumatyayıb.

Dünyanın ən mötəbər və qocaman elmi dərgilərindən biri olanABŞ-ın “Amerika Milli Elmlər Akamediyasının Materialları”(Proceedings of the National Academy of Sciences/PNAS) elmi jurnalıAzərbaycanın Göranboy rayonundakı çoxtəbəqəli Qaraçinar yaşayışyerindən tapılmış maddi mədəniyyət nümunələrinin müxtəlif çeşidlianalizlərinin gözlənilməz nəticələrinə həsr edilmiş elmi məqalənidərc edib.

Məqalənin həmmüəlliflərindən biri olan AMEA Arxeologiya vəAntropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru,dosent Fərhad Quliyevin verdiyi açıqlamaya görə, Qaraçinar yaşayışməskəni (Azərbaycan Respublikası, Goranboy rayonu) 2019-2024-cüillərdə İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosentMüzəffər Hüseynov və şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru,dosent Bəxtiyar Cəlilov tərəfindən tədqiq edilib.

Beynəlxalq tərkibli ekspedisiya məskəndəki İlk Tunc dövrününKür-Araz mədəniyyətinə aid təbəqəsindən (e.ə.2880-2600-cü illər)tapılmış keramika məmulatlarının 52 ədədini müxtəlif istiqamətli(texnoloji, morfoloji, trasoloji və biomolekulyar) laboratoranalizlərinə cəlb edilib.

Məskənin İlk Tunc dövrü təbəqəsində aşkar edilmiş botanika vəfauna materiallarının analizi ilə birgə məlum olmuşdur ki, Kür-Arazmədəniyyəti daşıyıcılarının qida rasionu müxtəlif çeşidli tərkibhissələrindən ibarət olub. Qidanın mühüm əsasını gövşəyən evheyvanlarının südündən hazırlanan ağartı (süd məhsulları), iri vəxırda buynuzlu heyvanların piyi, meyvələr və üzüm əsasındahazırlanmış müxtəlif içkilər təşkil edib. Həmçinin, təamlarınhazırlanmasında bitki mənşəli yağ və mumlardan, iynəyarpaqlıağacların qətranlarından istifadə edilib.

Həm qidanı saxlamaq və həm də bişirmək üçün nəzərdə tutulanqabların divarlarında üzüm və digər meyvələrin molekulyarqalıqlarının aşkar edilməsi kulinariyanın müxtəlif çeşidliistiqamətlərini göstərməkdədir. Qədim aşpazlar bu qatqılarlatəamlara dad vermək məqsədini güdürdülər. Digər tərəfdən,fermentasiya olunmuş meyvə təbiətli qatqılar, mümkündür ki, pendiristehsalı da daxil olmaqla müxtəlif ərzaqların hazırlanması üçünbiokimyəvi proseslərdə katalizator rolunu oynayıblar. İynəyarpaqlıağacların (məsələn, Pinaceae) qətranları təam və içkilərinkonservantları (qoruyucuları) və aromatizatorları kimi istifadəolunublar.

F.Quliyevə görə, tədqiqatın digər maraqlı nəticəsi, Kür-Arazmədəniyyəti daşıyıcılarının darıdan hazırladığı qida və içkilərdir.Belə ki, arxeoloji tədqiqatlar həmin dövrdə darının artıq mədəninövlərinin Mərkəzi Asiyada becərildiyini göstərir. İlk dəfədir ki,İlk Tunc dövrü üçün becərilən darı Mərkəzi Asiyadan qərbə doğruməsafəcə uzaqda – Azərbaycandakı Qaraçinar məskənində aşkar edilib.Bu isə, həmin dövrdə hər iki region — Mərkəzi Asiya və CənubiQafqaz arasında əlaqədən xəbər verir ki, göstərilən mövzu hələkielm tərəfindən tam araşdırılmayıb.

Fərhad Quliyevin bildirdiyinə görə, tədqiqatlar ilk dəfəkeramika məmulatı tiplərinin funksional fərqini də göstərir:monoxrom qablar əsasən təamın hazırlanması, qırmızı-qara rənglicilalı qablar isə, emal edilməmiş xam süd məhsullarının, meyvə vəüzüm əsasında içkilərin, o cümlədən, şərabların saxlanılması üçünistifadə olunub.

“Xüsusi bir məqamı qeyd etmək istərdim ki, Kür-Araz mədəniyyətidaşıyıcılarının cəmiyyəti güclü sinfi bölgüyə malik deyildi.Aparılmış tədqiqatlar göstərir ki, bitkilərdən hazırlanmış içkilərvə xüsusi dad qatqılarına malik təamlar həmdövr Mesopotamiyacəmiyyətlərində əsasən elitar təbəqə (zadəganlar, kahinlər və d.)üçün hazırlanırdı. Amma tədqiqatı aparmış alimlər qrupu olaraq,bizim fikrimizcə, Qaraçinar materialı Kür-Araz mədəniyyətindəzəngin qida və məstedici içkilərin bütün cəmiyyət üzvlərinə əlçatarolduğunu göstərir” – deyə Fərhad Quliyev bildirib.

Fərhad Quliyev qeyd etdi ki, qədim insan populyasiyalarınınqidasının tərkibinin tədqiqi müasir dünya elminin əsasmövzularından biridir. “Bu mövzu üzrə AMEA Arxeologiya vəAntropologiya İnstitutu tərəfindən beynəlxalq elm mərkəzləri iləyanaşı, Azərbaycandakı UNEC Tədqiqat Fondu ilə elmi əməkdaşlıqaparılacaqdır” – deyə Fərhad Quliyev vurğulayıb.

Qeyd edək ki, 2026-cı il aprel-may ayı üçün PNAS elmi dərgisininnövbəti sayında dərc edilmiş məqalənin (https://doi.org/10.1073/pnas.2529600123)həmmüəllifləri sırasında AMEA Arxeologiya və Antropologiyaİnstitutunun alimləri ilə yanaşı, Avstriya Elmlər AkademiyasınınAvstriya Arxeologiya İnstitutu, Fransa Milli Elmi TədqiqatlarMərkəzinin (CNRS) Milli Təbiət Muzeyinin bioarxeologiyalaboratoriyasının, Almaniya Bonn Universitetinin Arxeoloji ElmlərBonn Mərkəzinin, Eberhard və Karl ad. Tübingen Universitetinin(Almaniya) Pre- və Prototarix Departamentinin, CNRS Côte d’AzurUniversitetinin Mədəniyyət və Ətraf Mühit bölümünün, Aldo Moro ad.Bari Universitetinin (İtaliya) Humanitar tədqiqatlar və innovasiyaDepartamentinin tanınmış tədqiqatçıları da yer almışlar.

Chosen
56
3
az.trend.az

4Sources