Bakı. Trend:
İsrail Hava Qüvvələri ötən gecə Livanın cənubunda həyatakeçirilən aviareydlər zamanı Hizbullah qruplaşmasına aid raketburaxılış nöqtələrinə zərbələr endirib.
Trend xəbər verirki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətiməlumat yayıb.
Raket buraxılış nöqtələrinin Deyr Əz-Zəhrani, Kfar Reman vəSəmməiyyə qəsəbələrində zərərsizləşdirildiyi bildirilir.
IDF həmin raket buraxılışı nöqtələrinin IDF hərbçiləri vəİsrailin mülki əhalisi üçün buna qədər real təhdid yaratdığını qeydedib.
Zərbələrdən birinin görüntüsü IDF-in rəsmi X səhifəsində dərcolunub.