EN

ABŞ əsgərinə meymun hücumu Hörmüz əməliyyatında “gözlənilməz risk”

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hörmüz boğazına yollanan ABŞ hərbi gəmisində xidmət edən bir əsgər Taylandın Phuket şəhərində meymun hücumuna məruz qalıb. Hadisədən sonra o, ehtiyat tədbiri olaraq Yaponiyaya təxliyə edilib.

Sherg.az xəbər verir ki, məlumata görə, əsgər sahildə olduğu zaman makak meymunu tərəfindən cızılıb. Sağlıq vəziyyəti stabil olsa da, təhlükəli virus riski səbəbindən gəmiye qaytarılmayıb. ABŞ tərəfi əməliyyatın plan üzrə davam etdiyini açıqlayıb.

Qeyd olunur ki, hadisə hərbi əməliyyatlara təsir etməsə də, bu cür “gözlənilməz risklər”in mövcudluğu diqqət çəkir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
sherg.az

1Sources