YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı Teleqraf-ın suallarını cavablandırıb.
Publika.az onunla müsahibəni təqdim edir:
- Mübariz müəllim, Ermənistanda bu ilin yayında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri öncəsi fərqli qütblər arasında gərginlik pik həddə çatmaqdadır. Bu gərginlik fonunda maraqlı olan kənar qüvvələrin seçkinin nəticələrinə təsir imkanlarını necə dəyərləndirirsiniz?
- Bu ilin yayında Ermənistanda keçiriləcək seçkilərlədə iki əsas xətt özünü göstərməkdədir. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi indiki hakimiyyət seçkilərdə qalib gəlmək üçün geniş təbliğat-təşviqat kampaniyası həyata keçirir. Əsas təbliğat xətti də ondan ibarətdir ki, Ermənistan mövcud olduğu bölgədəki reallıqla barışmalıdır. Azərbaycanın 2020-ci ildə 44 günlük müharibədəki qəbələsi və 2023-cü ilin sentyabr ayındakı bir günlük lokal antiterror tədbirləri yeni bir reallıq formlaşdırıb. Məhz bunun nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Eyni zamanda Azərbaycanın və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyün qəbul etməsi, bunun ardınca 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin, Ermənistanın Baş nazirinin iştirakı ilə sülh sənədinin paraflanması atılan ən böyük addımlardan biri idi. Hazırkı mərhələdə sülh danışıqlarının davam etməsi, Azərbaycanın haqlı tələblərinin həllini tapması nəticə etibarı ilə Bakı ilə İrəvan arasıdan münasibətləri sülh müstəvisində davam etdirməyə imkan verəcək.
- Bakının sülh gündəliyi və buna adekvat olan yanaşmalara münasibəti necədir?