ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyalı təcrübəli qapıçı Manuel Noyer ən azı bir il daha "Bayern Münhen"də oynamağa davam edəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.de" yayıb.
Mənbənin məlumatına görə, tərəflər artıq yeni müqavilə ilə bağlı tam razılığa gəliblər və yaxın günlərdə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Klub 40 yaşlı qapıçının formasından məmnundur və o, komandada vacib fiqur olaraq qalmaqda davam edir. Eyni zamanda, Noyer gələn mövsüm Jonas Urbiq ilə rotasiya ilə çıxış edəcək.
Noyer bu mövsüm bütün turnirlərdə 32 oyunda iştirak edib, 11 dəfə qapısını toxunulmaz saxlayıb.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.