EN

Bakıda 18, rayonlarda 24 dərəcə isti olacaq

Aprelin 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 8-11°, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət isə 65-75 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-11°, gündüz 19-24°, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacaq

Chosen
27
49
senzor.az

10Sources