"Malyorka"nın baş məşqçisi Martin Demiçelis La Liqada aprel ayının ən yaxşı məşqçisi seçilib.
Fanat.Az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

Onun komandası ay ərzində indiyə qədər keçirdiyi oyunları məğlubiyyətsiz başa vurub. "Malyorka" üç oyundan ikisində qalib gəldi və birində heç-heçə edib. Demiçelisin yetirmələri aprel ayına "Real Madrid" üzərində 2:1 hesablı qələbə ilə başlayıb, sonra "Rayo Valyekano"nu (3:0) rahatlıqla məğlub edib və "Valensiya" ilə 1:1 heç-heçə edib.
Bu nəticələr sayəsində komanda mövsümün vacib bir hissəsində mümkün 9 xaldan 7-ni toplayıb ki, bu da turnir cədvəlindəki mövqeyini bir qədər yaxşılaşdırmağa imkan verib.
Demiçelis mükafat uğrunda "Real Ovyedo"nun çalışdırıcısı Gilyermo Almada və "Barselona"nın baş məşqçisi Hans-Diter Fliki geridə qoyub.
"Malyorka" hazırda La Liqanın turnir cədvəlində 15-ci yerdədir.