EN

“Ustaddan öyrən” layihəsində Seran Səxavət ilə görüş keçirilib

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Məşhur yazıçı, şair, dramaturq və tərcüməçi Seyran Səxavətin “Ustaddan öyrən” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin və “BDU könüllüləri”nin təşkilatçılığı ilə tələbə və müəllim heyəti ilə görüşü keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, Seyran Səxavət bu qocaman ali təhsil ocağının Şərqşünaslıq fakültəsini bitirib.

O, bir müddət ixtisası üzrə farsdilli ölkələrdə – İranda, həmçinin Əfqanıstanla bağlı tərcüməçi kimi fəaliyyət göstərib.

7 romanın, onlarla povest və hekayənin müəllifi olan Seyran Səxavətin pyesləri ölkənin müxtəlif teatrlarında tamaşaya qoyulub. Ədibin əsərləri dünya xalqlarının 60-dan çox dilinə tərcümə olunaraq bir çox ölkələrdə çap edilib.

Onu da qeyd edək ki, son bir neçə ayda ABŞ, Türkiyə, Belçika, Fransa, İspaniya, İtaliya, Niderland və digər ölkələrin media orqanlarında Seyran Səxavətin yubileyi münasibətilə haqqında yazılar dərc olunub, yaradıcılığı geniş təhlil edilib.

Bu yazılardan birinin müəllifi onu hazırda “həyatda olan ən böyük azərbaycanlı yazıçı” kimi xarakterizə edib.

Seyran Səxavət həmçinin Azərbaycan dilinin qorunması və zənginləşdirilməsi istiqamətində könüllü ictimai missiya həyata keçirən ziyalı kimi tanınır.

Mahir publisist olan yazıçı indiyədək 7 mindən çox müsahibə verib və bu müsahibələrdə ölkə və dünya miqyasında aktual problemlərə dair fikirlərini bölüşüb.

Qeyd edək ki, istedadlı yazıçının 80 illik yubileyi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında, eləcə də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında izdihamlı və təntənəli tədbirlər keçirilib.

Bundan başqa, Yazıçılar Birliyinin Natəvan klubunda Seyran Səxavətin 5 cildlik külliyyatının 3 cildinin təqdimatı yüksək səviyyədə təşkil olunub və böyük oxucu marağına səbəb olub.

Nigar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
56
3
cebheinfo.az

4Sources