
“Mançester Siti”nin idman direktoru Hugo Viana Xosep Qvardiolanın potensial varislərini fəal şəkildə axtarır və namizədlərin siyahısını tədricən azaldır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
İspan məşqçinin “Siti” klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Əvvəllər mediada Qvardiolanın cari mövsümün sonunda mümkün gedişi barədə məlumatlar yayılmışdı.
Mənbənin məlumatına görə, Viana “Mançester Siti”nin baş məşqçisi vəzifəsinə əsas namizədləri “Bavariya”ya rəhbərlik edən Vinsent Kompani və “Çelsi”yə rəhbərlik edən Enzo Mareska müəyyən edilib.