EN

Azərbaycanın bir qrup QHT nümayəndəsi Nyu-York merinə etiraz etdi

Azərbaycanın bir qrup QHT nümayəndəsi “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlər səsləndirmiş Nyu-York şəhərinin meri Zöhran Kvame Mamdaniyə Açıq Məktubla müraciət edib.

Publika.az müraciətin mətnini təqdim edir:

“Biz – Azərbaycandan olan bir qrup vətəndaş cəmiyyəti təmsilçiləri Sizin “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, o cümlədən 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri əleyhinə reallıqdan uzaq fikirlərinizi qəbulolunmaz hesab edirik. Təəssüf ki, Bayden-Blinken dövrünün ruhuna uyğun olaraq Nyu-York şəhər meri kimi mandatınızla uzlaşmayan bu siyasi açıqlama ilə milyonlarla insanın hisslərinə toxunmusunuz.

Erməni lobbi qruplarının, Nyu-Yorkdakı bir qrup erməni icmasının birtərəfli məlumatları əsasında Azərbaycan və Türkiyə əleyhinə səsləndirdiyiniz fikirləri biz 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvəsində ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş sülh prosesinə zidd hesab edirik, bu, Ermənistanla normallaşma addımlarına qarşıdır. Regiondan, Ermənistan hüdudlarından xeyli kənarda yaşayan erməni diasporunun, o cümlədən ABŞ-dəki erməni diasporunun müəyyən hissəsi bu sülh səylərinə mane olmağa çalışır. Siz bu açıqlama ilə faktiki olaraq revanşist qüvvələrin destruktiv gündəliyini müdafiə etmisiniz.

Ola bilsin sizi yanlış məlumatlandırıblar. Bu gün Cənubi Qafqaz ağır, qanlı bir tarixi səhifəni çevirərək sülh, təhlükəsiz birgəyaşayış üçün imkanları, fürsətləri genişləndirir. Bu gün regionda sülh var, biz sizi sülhü dəstəkləməyə çağırırıq. Azərbaycan və Ermənistan xalqlarının tarixində yeni bir dövr açılır. Təəssüf edirik ki, bir qrup erməni diaspor dairələri sülhü deyil, müharibəni dəstəkləyir, ABŞ siyasətçilərini də yanlış istiqamətə doğru yönəldirlər.

Chosen
50
50
publika.az

10Sources