EN

Naxçıvanda DƏHŞƏTLİ QƏZA - Xəsarət alanlar var

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralında qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobillə “Changan” markalı yük avtomobilinin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Mustafayev Xəyal Vahid oğlu, 1964-cü il təvəllüdlü Rəcəbov Möhbalı Rəcəb oğlu və 2000-ci il təvəllüdlü Hüseynov Miradəm Mirdamət oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.


Chosen
23
12
musavat.com

10Sources