EN

Qədim qayaüstü rəsmlərin müəllifləri müəyyən edilib

Bakı. Trend:

Alimlər Keniyada qədim qayaüstü rəsmlərin müəlliflərini müəyyənediblər.

Trend xəbər verirki, bu barədə “Naked Science” nəşri yazır.

Keniyanın Kakapel sığınacağındakı qayaüstü incəsənət həmişəbütöv mədəniyyətlərin dəyişməsinin bir növ salnaməsi olub: həndəsinaxışlar, inək təsvirləri və mücərrəd işarələr burada bir-birininüzərinə dörd aydın qat şəklində düşür. Tədqiqatçılar bu qatlarıyalnız ayırmaqla kifayətlənməyib, həm də müəyyən ediblər ki, ənqədim rəsmlər piqmeyəbənzər ovçu-yığıcılar tərəfindən yaradılıb,daha sonrakı inək və həndəsi təsvirlər isə nilotik dillərdə danışanmaldar tayfalara məxsusdur.

Kakapel sığınacağı Keniyanın qərbində, Elqon dağının ətəyindəkitəpələrdə yerləşir. Bu, uzunluğu 25 metr, dərinliyi təxminən beşmetr olan qranit qayaaltı sığınacaqdır. O, ilk dəfə 1976–1977-ciillərdə tədqiqatçı Osaqa Odak tərəfindən təsvir edilib. O,rəsmlərin təxmini eskizlərini hazırlamış, insanları, heyvanları vəhəndəsi fiqurları ayırd etmişdi. Lakin nə o, nə də sonrakıtədqiqatçılar təsvirlərin yaşını və müəlliflərini müəyyən edəbilmişdilər.

2018–2020-ci illərdə sığınacaq ərazisində genişmiqyaslıqazıntılar aparılıb, bu zaman sümüklər, keramika və insan qalıqlarıaşkar edilib. Bu işlər zamanı alimlər bütün rəsmləri maksimumdəqiqliklə sənədləşdiriblər. Bunun üçün onlar əl ilə konturlamametodundan istifadə ediblər: təsvirlərin üzərinə nazik şəffafplyonka qoyulub və bütün detallar mexaniki qələmlərlə çəkilib.Yerdən çatmaq mümkün olmayan hissələrə isə nərdivanlar və tikintiqurğuları vasitəsilə çıxıblar.

Məqalədə:
Chosen
27
2
az.trend.az

3Sources