Rusiyalı repçi Timati (Timur Yunusov) Avropa İttifaqının onu Rusiyaya qarşı qəbul edilən 20-ci sanksiyalar paketi çərçivəsində "qara siyahı"ya daxil etməsinə münasibət bildirib.
Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Timati açıqlamasında qeyd edib ki, onun Qərbdə bank hesabları və ya Avropa İttifaqı ərazisində daşınmaz əmlakı yoxdur. Buna görə də sanksiyaların ona təsir etmədiyini bildirib.
Aİ tərəfindən açıqlanan məlumatda sanksiyanın səbəbi kimi repçinin Rusiyanın Ukraynaya qarşı apardığı hərbi əməliyyatları və Krımın Rusiya ilə birləşdirilməsini dəstəkləməsi, həmçinin Rusiya prezidenti Vladimir Putinin seçki kampaniyasında iştirakı göstərilib.