EN

“Əraqçi İslamabadı tərk etdi” − “Al Hadath”


İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan rəsmiləri ilə danışıqlardan sonra İslamabadı tərk edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al-Hadath” məlumat yayıb.
Kanalın məlumatına görə, Əraqçi ölkə rəhbərliyi, o cümlədən Baş nazir Şahbaz Şərif və Pakistan ordusu komandanlığının nümayəndələri ilə görüşlərdən sonra İslamabaddan ayrılıb.
“Əl-Cəzirə”nin məlumatına görə, Pakistanın paytaxtında İranın xarici işlər naziri İranın mövqeyini və Tehranın ABŞ tələbləri ilə bağlı fikirlərini açıqlayıb.
Qeyd olunur ki, görüş zamanı regionda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün əməkdaşlıq məsələləri də müzakirə olunub.
Chosen
64
1
yeniavaz.com

2Sources