EN

WhatsApp dan yenilik: mesaj işinizə mane olmayacaq

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"WhatsApp" messenceri "Android" istifadəçiləri üçün yeni nəsil bildiriş sistemini test etməyə başlayıb.

Ölkə.Az-ın "WABetaInfo" portalına istinadən verdiyi məlumata görə, söhbət ekranda üzən "qovuq" (bubbles) şəklində açılan mesajlardan gedir.

Bu funksiya sayəsində mesaj gələndə ekranda qarşı tərəfin şəkli olan kiçik dairəvi işarə görünəcək. Həmin işarəyə toxunduqda söhbət pəncərəsi yığcam şəkildə açılacaq. Bu isə istifadəçiyə əsas tətbiqdən çıxmadan (məsələn, videoya baxarkən və ya başqa proqramda olarkən) sürətli cavab yazmaq imkanı yaradacaq.

Funksiya hazırda sınaq mərhələsindədir. İlk növbədə "beta" proqramının iştirakçıları üçün əlçatan olacaq, daha sonra isə bütün "Android" istifadəçilərinə təqdim ediləcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
2
olke.az

3Sources