EN

“Araz-Naxçıvan”ın baş məşqçisi: Futbolda qayda var, fərqlənməsən, rəqib sənə qol vuracaq

Qəbələ, 25 aprel, AZƏRTAC

Bu gün oyunumuz alındı.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 29-cu turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibin əks-hücumda fərqləndiyini xatırladıb: "Futbolda qayda var, sən vurmasan, rəqib sənə qol vuracaq. Bu da oldu. Sonlarda qələbə qolunu da vurduq. Topla yaxşı oynayan komanda yaratmaq istəyirik. Texniki cəhətdən çatışmazlıqlar var. Komanda yaxşı oyun sərgilədiyi zaman xallar özü gəlir".

Baş məşqçi əsas hədəflərinin avrokuboklara vəsiqə qazanmaq olduğunu qeyd edib.

Müxbir - Cavid Əliyev

Chosen
75
1
azertag.az

2Sources