EN

Tanınmış tiktoker həbs edildi FOTO

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib.

Gununsesi.info Unikal-a istinadən xəbər verir ki, TikTokda “Şəkili Pərviz” ləqəbi ilə tanınan Alxasov Vahab Vüqar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

1990-cı il təvəllüdlü tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib.

Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə Vahab Alxasov barəsində 30 günlük inzibati həbs qərarı elan edilib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
17
icma.az

10Sources