EN

Kaxaber Sxadadze: Bundan sonrakı oyunlar finala bərabər olacaq

Qəbələ, 25 aprel, AZƏRTAC

Bundan sonrakı oyunlar finala bərabər olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 29-cu turunda evdə "Araz-Naxçıvan"la" 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, son nöqtəni qoymaqda çətinlik yaşadıqlarını bildirib: "Birinci hissə gərgin keçdi, əlimizə düşən fürsətləri qolla tamamlaya bilmədik. Amma mübarizə davam edir".

Müxbir - Cavid Əliyev

Chosen
94
1
azertag.az

2Sources