EN

İslamabad görüşünün ləğvi İranla müharibənin yenidən başlaması deməkdirmi: Tramp danışdı

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trump İslamabadda planlaşdırılan görüşün ləğvi ilə bağlı yayılan müzakirələrə aydınlıq gətirib.

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və iş adamı Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün İslamabada planlaşdırılan səfərinin ləğvi bəzi dairələrdə hərbi əməliyyatların yenidən başlayacağı ilə bağlı iddialar doğurmuşdu.

Lakin Tramp bu ehtimalları qəti şəkildə təkzib edib. O bildirib ki, səfərin baş tutmaması müharibənin yenidən başlanacağı anlamına gəlmir:

“Xeyr, bu o demək deyil. Biz hələ bu barədə – İrana qarşı hərbi əməliyyatların yenidən başlaması ilə bağlı – düşünməmişik”, – deyə ABŞ prezidenti jurnalistlərin sualını cavablandırarkən vurğulayıb.

Musavat.com

Chosen
28
musavat.com

1Sources