Bakı, 25 aprel, AZƏRTAC
"Mançester Siti" İngiltərə Federasiya Kubokunda finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, "şəhərlilər" yarımfinalda "Sauthempton"la qarşılaşıb.
Görüş "Mançester Siti"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Mançester Siti” finalda “Çelsi” - “Lids Yunayted” cütünün qalibi ilə qarşılaşacaq.