EN

İslam Avropa çempionu, Cəbrayıl üçüncü oldu

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.

Qaynarinfo xəbər verir ki, yarışın altıncı günündə 2 sərbəst güləşçi fəxri kürsüyə qalxıb.

İslam Bazarqanov (57 kiloqram) finalda rusiyalı Musa Mextixanovla qarşılaşıb. Təmsilçimiz ötən il dünya çempionatındakı məğlubiyyətin revanşını alıb. Görüşə yaxşı başlayan Bazarqanov ilk hissəni 8:0 hesablı üstünlüklə başa vurub.

İkinci hissədə rəqib fərqi azaltsa da, yekunda qələbə qazanan İslam olub – 8:6. Beləliklə, Tiranada himnimizi səsləndirən İslam ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

Cəbrayıl Hacıyev (79 kiloqram) də karyerasının ən böyük uğuruna imza atıb. Şimali Makedoniyanı təmsil edən Rasul Şapiyevə şans tanımayan (8:0) Cəbrayıl Avropa çempionatının bürünc medalını boynundan asıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
13
qaynarinfo.az

10Sources