EN

YENİ QAYDALAR: Çoxmərtəbəli binalarda kombilərin dövrü bitir?

Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur.

Publika.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək.

Yeni qaydalara görə, yalnız 5 mərtəbəyə qədər olan binalarda fərdi istilik sistemlərinə icazə veriləcək.

Məhdudiyyət yalnız texniki məsələ ilə bağlı deyil. Mütəxəssislərin sözlərinə görə, hündürmərtəbəli binalarda hər mənzildən çıxan borular həm estetik görünüşü pozur, həm də insan həyatı üçün gizli təhlükə mənbəyinə çevrilir.

Qərarda alternativ yollar da göstərilib. Əgər ərazidə qaz yoxdursa və ya istilik bərpa olunan enerji mənbələri, məsələn, günəş panelləri vasitəsilə təmin ediləcəksə, fərdi sistemlərə icazə verilə bilər.

Chosen
1
19
publika.az

10Sources