EN

Azərbaycan və Qazaxıstan QHT-ləri arasında əməkdaşlıq imkanları və birgə layihələr müzakirə edilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Azərbaycanın Qazaxıstandakı səfirliyində olub.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Regional Ekoloji Sammitdə iştirak etmək məqsədilə Astanada səfərdə olan Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva səfirliyimizdə olub", - məlumatda bildirilib. Əlavə olunub ki, səfir Ağalar Atamoğlanov ilə keçirilən görüşdə Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlər haqqında fikir mübadiləsi aparılıb:

"Hər iki ölkənin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq imkanları və birgə layihələr müzakirə edilib".

Chosen
23
far.az

1Sources