EN

“Meri Poppins” nağılının sehrli səhnə həyatı Bakıda premyera

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Pamela Treversin "Meri Poppins" nağılı əsasında hazırlanan eyniadlı tamaşasının premyerası keçirilib

Teatrdan AZƏRTAC-a bildirilib ki, balacaların və məktəbli tamaşaçıların böyük sevincinə səbəb olan birhissəli səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

Tamaşada Aydan Həsənzadə, Xaliq Bəkirov, Zemfira Əbdülsəmədova, Elşən Şıxəliyev, Zümrüd Quliyeva, Xəyalə Qasımova və Hüseyn Bayramov iştirak ediblər.

Meri Poppins heyvanların və quşların dilini başa düşür, bir çox heyrətamiz sirləri bilir və hətta uçmağı da bacarır! O, nağıl qəhrəmanlarını özünün sehirli dünyasına aparır, müxtəlif sirli məkanlarda gəzdirir. Müəllif Merinin simasında uşaqlarla səmimi olmağı, onların kövrək dünyasına səyahəti təqdim edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
7
azertag.az

8Sources