EN

Günəşdə iki güclü partlayış baş verdi

Aprelin 25-də Günəşdə "M" sinfinə aid iki güclü partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, partlayışlar Bakı vaxtı ilə saat 11:59 və 18:30-da qeydə alınıb.

Məlumata əsasən, bu hadisələrə müvafiq olaraq M1.3 və M1.1 ballıq güc dərəcələri verilib. Qeyd edək ki, bundan əvvəl Günəşdə aprel ayının əvvəlindən bəri ən güclü hesab edilən M4.3 ballıq alışma da qeydə alınmışdı.

Chosen
22
9
publika.az

10Sources