EN

Pivənin faydası üzə çıxdı Özü də beyinə xeyri varmış

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yeni tibbi araşdırma pivənin beyin inkişafı, qan və immun sistemi üçün həyati əhəmiyyət kəsb edən B6 vitamini ilə zəngin olduğunu üzə çıxarıb. Nüfuzlu elmi jurnalda dərc olunan nəticələrə görə, bir porsiya pivə gündəlik B6 vitamini ehtiyacının təxminən 15 faizini qarşılaya bilər.Maraqlıdır ki, alkoqolsuz pivənin də eyni təsirə malik olduğu qeyd edilir.Tədqiqat çərçivəsində Almaniya marketlərindən alınan 65 müxtəlif növ pivə sınaqdan keçirilib. Məlum olub ki, arpa, buğda və maya kimi xammalların tərkibindəki B6 vitamini istehsal prosesində itmir. Araşdırmanın nəticələrinə görə, ən yüksək vitamin göstəricisi "bock" növü pivələrdə, ən aşağı isə düyü əsaslı içkilərdə müşahidə olunub. Hətta bəzi alkoqolsuz lager pivələrinin gündəlik B6 ehtiyacının 59 faizini təmin etdiyi müəyyən edilib.Professor Maykl Rixlik bildirir ki, spirtli içki qəbulunda müəyyən edilmiş limitlər daxilində qalmaq şərtilə, bu vitamin miqdarı orqanizm üçün ölçülə bilən fayda verir. Lakin britaniyalı ekspert Bricet Benelam bu məsələyə daha təmkinli yanaşmağı tövsiyə edir. Onun fikrincə, B6 vitamini ət, balıq, yulaf və noxud kimi bir çox qidada tapıldığı üçün onun çatışmazlığına nadir hallarda rast gəlinir.Mütəxəssislər xəbərdarlıq edirlər ki, pivə və ya hər hansı spirtli içki əsas qida mənbəyi kimi qəbul edilməməlidir. Hətta az miqdarda alkoqol qəbulunun belə müəyyən sağlamlıq riskləri yaratdığını xatırladan həkimlər, vitamin ehtiyacının təbii qidalar və balanslı pəhriz vasitəsilə qarşılanmasını daha doğru hesab edirlər.Pivənin tərkibindəki vitamin miqdarı maraqlı fakt olsa da, mütəxəssislər xüsusilə vegan pəhrizi saxlayanlara B12 və B2 kimi digər vacib vitaminləri bitki mənşəli süd və qatıq alternativlərindən almağı məsləhət görürlər.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
78
50
demokrat.az

10Sources