EN

Türk və rus idmançıların yarışı döyüş meydanına çevrildi VİDEO

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyənin Trabzon şəhərində keçirilən boks gecəsində Türkiyə və Rusiya təmsilçiləri arasında baş tutan qarşıdurma kütləvi dava ilə nəticələnib.

İdman.Biz xəbər verir ki, yerli boksçu Emirhan Kalkan UBO dünya çempionluq kəməri uğrunda rusiyalı rəqibi Sergey Qoroxov ilə üz-üzə gəlib. Qarşılaşmanın üçüncü raundunda tərəflər arasında gərginlik yaranıb.

İddiaya görə, Rusiya təmsilçisinin komandası tərəfindən yol verilən hörmətsiz hərəkət rinqdə ehtirasları coşdurub. Qısa müddətdə böyüyən mübahisəyə onlarla şəxs müdaxilə edib və rinq döyüş meydanına çevrilib. İştirakçılar bir-birinə qarşı stullar atıb, təpik və yumruq davasını yatırmaqda mühafizə xidməti çətinlik çəkib.

Hadisə səbəbindən döyüş yarıda kəsilib və faktla bağlı araşdırmalara başlanılıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
icma.az

1Sources