EN

Bu gün 55 mindən çox IX sinif şagirdi imtahan verəcək

Bakı. Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Sabunçu (IIhissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt(II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy,Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad(II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı,Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (IIhissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx,Suqovuşan kənd orta məktəbləri) və Laçında (Şəhər 2 nömrəli tamorta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrəxüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrindəyerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılanümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) ortatəhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

DİM-dən Trend-əbildirilib ki, bugünkü imtahanda 55 min 282 şagirdin iştirakınəzərdə tutulur.

İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebraliflic, eşitmə əngəlli və digər) 79 şagird də iştirak edəcək.Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb,orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdənəlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyinedilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olmasıvə hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıqimkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusitəlim keçirilib.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimibaşa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasınaburaxılmayacaq.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçünbinaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılışvərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasınaburaxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İmtahan binasına, zalına mobil telefon, ağıllı saat və digərrabitə vasitələri, kalkulyator və digər elektron cihazlar,konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaşqurğuları və başqa yardımçı vasitələr gətirmək qadağandır.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədlərigətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamamolmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət MiqrasiyaXidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusualmış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqınvəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digərsənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş vəfotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4smölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərburaxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olanarayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahanbinası, 4171 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına926 imtahan rəhbəri və ümumi rəhbər, 5197 nəzarətçi, 731 buraxılışrejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.

Chosen
36
49
az.trend.az

10Sources