EN

Şəhər məni əritdi, gedirəm uzaqlara... Zahir Əzəmətin şeirləri

ain.az, Kulis.az portalına istinadən məlumat verir.

Bu gün şair Zahir Əzəmətin doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və şeirlərini təqdim edir.

Bu da sonbizlər ağlamaqçün doğulmamışdıq

nələr yapdılar nələr yapdılar

ağlatdılarsilah çiyinlərimiz atılmağa hazırbizlər yıxılmaqçün doğulmamışdıq

necə yıxdılar necə yıxdılar

uçuq divarlara sıxdılarbizlər sevilməkçün doğulmuşduq

sevmədiləryaşamaqçün doğulmuşduq

qıymadılaroffff offf

bizi öldürməkdən doymadılarBazarlıqqadın bir özünə

bir bəbəsinə baxdı

vaz keçdi yaşamaqdan

vaz keçdi

vaz keçdi özünü yaşamaqdan

gülümsəmələr yox oldu dodağından

gözlərindən işıq yox oldu

bir qadın yox oldu otağından

bir qadın vaz keçdı yaşamaqdan

bir qadın yıxıldı…anasına oxşadı bir az

qardaşına, bacısına, atasına oxşadı bir az

qonşusuna, iş yoldaşına oxşadı

hər səhər mindiyi avtobusun sürüsünə oxşadı bir azyeriyən məzarlığıydı qadın

ümid məzarlığı

eşq məzarlığı

qadın məzarlığı… həyat bazarlığı…Sənin küçənküçə hər şeyi bilir

küçə heç nəyi bağışlamır

üzünü zirzəmilərdə

tinlərdə açır bizə həyat

üzə çıxır

hə, qardaşım,

orda ki qan dizə çıxır

orda ki bir-birinin qanına susayır adamlar

həyat var deməli

həyat var deməli həyatın yoxa çıxdığı yerdə

üzünü aç

indi ki sən də gəldin aramıza

sən də gəldin hər şeyi bilən gecəyə

üzünü aç

gecə hər şeyi bilir

gecə heç nəyi bağışlamırDil xətasısən susduğun yerlərdəyəm

sən tərk etdiyin köşələrdə

salam vermədiyin

üzünü heç görmədiyin adamlarla bir aradayam

sən vurduğun yaradayam

ağaclar həmən deyil

quşlar həmən deyil

sən dinləmədiyin nəğmələrdəyəm

sən gəlmədiyin

sən getmədiyin oradayam

azmışam məni tapmadığın yerlərdə

səsini versən yetər amma

əlini uzatsan yetər amma

gəl, şeytanım, gəl,

buradayam, buradayam!!!Sən və ayaqqabımsevmirsən sevmə

daha yuxularıma girib

ujas filmlər niyə göstərirsənsən gedəli onsuz da

televizorum xarab olub

mırıq dişləriylə sirk göstərən

Məmiş kişi də öldü

son günlər isə yenə kəskin düşüb

Nyü-York birjasında

Bir azərbaycanlının dəyəricəhənnəmə ki

sevmirsən sevmə

daha rəqsanənin mahnısına oynamağın nəydibu da ilk bahar yağışı

havalar küçələr qəzet köşkləri

araq qoxuyur

adamlar evə tələsmir

adamlar darıxır

sən də sevmirsən sevmə

daha ayaqqabım niyə su buraxırUşaq, Gənc, Qocauşaq idim

siyib

qar üzərində qonşu qızının adını yazardım

hərdən də yaz günlərində

bahar qoxuyan kənd yollarınagənc idim

sevdiyim qızların adını

divarlara çizərdim

ağaclara

kitablara

ya da ucuz kafelərin

kasıb masalarınaəllərim utanardı…indi qocayam, qoca

tərk etdiyim qadınların

adını tüpürürəm yalnız

xatirələrin üzünəQadın sözlüyübizi tərk edən qadınlarla gedən

yalnız ümidlər deyil hər dəfəsində

sevişdiyimiz yerlər də yoxa çıxırhələ bu harasıdı?

balacam, pişiyim, sərçəm deyərdik…

dip-diri sözlər yoxa çıxar dilimizdən…eh, qadınlar yalnız qəlbimizdən deyil

coğrafiyamızdan

sözlüyümüzdəm gedər həm də…nə sevişməyə yerimiz qaldı

nə deməyə sözümüz…yox olmağın zamanı gəldiHaqqımızsənin də könül qırmaq haqqın var

sənin də sevməmək haqqın

sənin də öldürmək haqqın var

sənin də ölmək

mənim də!Uçqun divarlarİçimdə bir qaranlıq,

İçimdə bir yuxu var.

Uçurumlar içində

Uçuram divar-divar.Susadım səhərlərə

Susadım yağışlara

Bu ara sən də yoxsan-

Səhradan betər oldum.

İçimdə bir qaranlıq

İçimdə bir yuxu var

Bu yuxudan yoruldum

Bu şəhərdə heç kiməm,

Bu şəhərdən yoruldumGedirəm uzaqlara,

Sən yoxsan- mən də yoxam.

Gecəyəm, qaranlığam-

Özümdə, səndə yoxam.Əlimdə soyuq pivə,

Damağımda siqara.

Çəkilməmiş şəkiləm-

Asılmışam divara.Qaranlığam, gecəyəm-

Öz içimdən qopmuşam

Reklam bəzəklərinə

Metro işıqlarına

Qarışmışam, hopmuşam.

Şəhər məni əritdi-

İtirmişəm özümü-

Bu yan-yana düzülü

Bu üs-üstə yığılı

mərtəbələr, binalar

dəbdəbələr, zinalar…

səfsəfələr içində

Bu tıxaclar içində

Bu tox-aclar içində

özümü də itirdim

sözümü də itirdim.Sən də yoxsan…

Soyuqsan…

Bu da sonum, sonluğum-Şəhər məni əritdi-

Gedirəm… uzaqlara

Orda yağan yağışlar

Orda doğan günəşlər

Bəlkə məni kiritdi.Bəlkə…

Məni…

kiritdi…

Yazıçılar gündəmi şərh etməlidirmi? - Cavid Ramazanov

Yesugey kişinin oğlu - Bəhruz Tağızadənin hekayəsi

Hamballar - Cəlil Məmmədquluzadə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
1
kulis.az

2Sources