EN

Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub

Ağ Ev Müxbirləri Assosiasiyasının tədbirində baş verən atışmadan sonra saxlanılan 31 yaşlı Kol Tomas Allen ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı vəzifəli şəxslərə hücum etməyi planlaşdırdığını etiraf edib.

Publika.az "CBS News"a istinadən xəbər verir ki, ixtisasca müəllim olan Koul Allen müstəntiqlərə bildirib ki, hədəfi prezident administrasiyasında çalışan məmurlar olub.

Xatırladaq ki, bu gün Donald Tramp Vaşinqtondakı Hilton otelində Ağ Ev Müxbirləri Assosiasiyasının qəbuluna qatılan zaman otelə silahlı hücum baş verib.

Chosen
1
6
publika.az

9Sources