ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində atəş açan şəxsin Kaliforniyadan olan 31 yaşlı Koul Allen olduğu müəyyən edilib.
Â
Bu barədə CNN və "New York Post" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Â
Â
K.Allen 2017-ci ildə Kaliforniya Texnologiya İnstitutunun məzunu olub. O, maşınqayırma sahəsində bakalavr dərəcəsinə malikdir. Tələbəlik illərində əlil arabaları üçün təcili tormozlama sisteminin tərtibatçısı kimi hətta yerli xəbərlərə də düşüb.
Â
"LinkedIn" profilinə görə, K.Allen repetitorluqla məşğul olan "C2 Education" şirkətində çalışıb. 2024-cü ilin dekabrında təşkilat hətta onu "ayın müəllimi" seçib. Pedaqogika ilə yanaşı, o, videooyunların hazırlanması ilə də maraqlanıb: 2018-ci ildə "Steam" platformasında hələ də 1.99 dollara satılan fərdi layihəsini buraxıb.
Â
Məlum olub ki, K.Allen demokratlara rəğbət bəsləyir. Federal Seçki Komissiyasının məlumatına görə, o, 2024-cü ilin oktyabrında Kamala Harrisin prezidentlik kampaniyasına 25 dollar ianə edib.
Â
Oxu.az