EN

Erika Kirk o zaldan ağlayaraq çıxdı

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

CNN-in məlumatına görə, amerikalı fəal və ABŞ prezidentinin tərəfdarı olan mərhum Çarli Kirkin dul qalmış həyat yoldaşı Erika Kirk atışmadan sonra Ağ Ev müxbirlərinin şam yeməyini göz yaşları içində tərk edib.

“Cebheinfo.az” bu barədə CNN müxbirinə istinadən yazır.  Məlumata görə, Erika Kirk "Mən sadəcə getmək istəyirəm",- deyib.

Xatırladaq ki, Ağ Ev müxbirlərinin şam yeməyində baş verən atışmadan sonra Prezident Donald Tramp, birinci xanım Melaniya Tramp və ABŞ administrasiyasının digər yüksək vəzifəli üzvləri təxliyə edilib.

Atışmada Məxfi Xidmət zabiti yaralanıb.

Atışmada atıcının 31 yaşlı Kaliforniya sakini Koul Allen olduğu müəyyən edilib. O, Tramp administrasiyasının üzvlərini hədəf aldığını etiraf edib. Allen həbs edilib və bazar ertəsi günü məhkəmə qarşısına çıxacaq.

Xatırladaq ki, “Turning Point USA”-nın həmtəsisçisi Çarli Kirk 10 sentyabrda Yuta Vadisi Universitetində kampus turunun ilk dayanacağında çıxış edərkən güllələnib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
1
cebheinfo.az

2Sources