EN

Şəhid qızı buraxılış imtahanında 290 bal toplayıb

Vətən müharibəsi şəhidi, baş leytenant Ceyhun Niftəliyevin qızı Ayan Niftəliyeva buraxılış imtahanında yüksək nəticə göstərib.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən AzEdu.az-a verilən məlumata görə, Göygöl rayon Texniki, Təbiət Fənləri Təmayüllü Liseyin 11-ci sinif şagirdi olan Ayan 290 bal toplayaraq təşkilatın 2026-cı il məzunları arasında ən yüksək nəticəni əldə edib.

Məlumata görə, Ayan Niftəliyevanın əsas hədəfi yüksək balla Azərbaycan Tibb Universitetinə qəbul olaraq həkim olmaqdır.

Qeyd edək ki, onun qardaşı Nihad Niftəliyev də 3 il əvvəl yüksək balla Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə qəbul olub. O, təşkilat tərəfindən həyata keçirilən “Əmanətə sədaqət” adlı təqaüd proqramının iştirakçısıdır.

Chosen
71
azedu.az

1Sources