EN

Azərbaycan-Ukrayna münasibətlərində yeni mərhələ - Vüqar Rəhimzadə

Bakı. Trend:

Dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasındaəlaqələrin inkişafında mühüm rol oynayır. Xarici siyasətində daimikitərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın buistiqamətdə qazandığı uğurlar davamlıdır. Bunun üçün cari ilin ötəndövründə Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin bu vəya digər dövlət başçılarının Azərbaycana səfərlərinin saytərkibinə, keçirilən beynəlxalq tədbirlər çərçivəsində liderləringörüşlərinə diqqət yetirmək kifayətdir. Tarixi Zəfərimizin,suverenliyimizin bərpası fonunda Azərbaycanın dünyaya təqdim etdiyisülh modeli bu əlaqələrin inkişafında mühüm rol oynayan əsasamillərdəndir.

Bu baxımdan aprelin 25-də Ukrayna Prezidenti VolodimirZelenskinin ölkəmizdə işgüzar səfərdə olmasını xüsusi qeydetməliyik.. Son 30 ildən artıq müddətdə Azərbaycan və Ukraynaarasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoqikitərəfli əməkdaşlığımızın iqtisadi, ticarət, humanitar,mədəniyyət və digər digər sahələrində inkişafına təkan verir vəmünasibətlərimizin məzmunca zənginləşməsinə zəmin yaradır.Azərbaycan-Ukrayna əlaqələri ikitərəfli formatla yanaşı, beynəlxalqtəşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT,GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz daimbir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Ümumiyyətlə,Azərbaycan ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrdə humanitarsahənin inkişafına öz töhfəsini verir. Bu, Azərbaycan dövlətininhumanizm prinsiplərinə əsaslanan siyasətindən irəli gəlir. 30 ildənartıq müddətdə Ermənistanın hərbi təcavüzünün yaratdığı humanitarfəlakətin ağrı-acılarını yaşamış Azərbaycan münaqişədən əziyyətçəkən regionlara, xalqlara həmişə humanitar dəstək verir. Buhumanitar dəstək bir neçə formada özünü göstərir. Bunlardan biriUkraynadan olan uşaqların reabilitasiya proqramlarının həyatakeçirilməsidir. Yaxın vaxtlara kimi özü bu problemi yaşamışAzərbaycan yaxşı bilir ki, müharibənin ilk psixoloji travmasınıuşaqlar alır. Buna görə də mütəmadi əsasda ukraynalı uşaqlarınAzərbaycanda reabilitasiyası həyata keçirilir. Yaxın vaxtlardaukraynalı tələbələrin Azərbaycanda reabilitasiya proqramı həyatakeçiriləcək.

Azərbaycan və Ukrayna Prezidentlərinin aprelin 25-də Qəbələdəkeçirilən təkbətək və geniş tərkibdə görüşlərində, dövlətbaşçılarının mətbuata birgə bəyanatlarında bu məqamlara xüsusidiqqət yönəldildi. Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eynizamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olandiqqət və qayğını yüksək qiymətləndirən Volodimir Zelenski bütünbunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə,həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olmasıüçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulandı.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan müstəqildövlətdir, xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələriniöz milli maraqlarına uyğun qurur və həyata keçirir. Bu əlaqələr heçbir zaman başqa ölkələrə qarşı yönəlməyib. Azərbaycan bütünölkələrin ərazi bütövlüyünün və suverenliyinin tərəfdarıdır. Bu,beynəlxalq hüququn təməl prinsiplərindən biridir. Bu prinsiplərəriayət olunmadığı halda təhlükəsizlik, əməkdaşlıq, sülh şəraitindəbirgəyaşayış mümkünsüz hala gəlir.

Azərbaycan on illər boyu ərazi bütövlüyünün pozulmasındanəziyyət çəkib. Ölkəmizin beynəlxalq ictimaiyyətə çağırışlarındasülh, təhlükəsizlik, əməkdaşlıq hər zaman öndə dayanır. AzərbaycanUkrayna ilə Rusiya arasında münaqişədə hər hansı bir formadaiştirak etmir, hərbi komponentlərdən tamamilə uzaqdır. Vaxtilətorpaqları 30 il işğal altında qalmış, soydaşları qaçqın və məcburiköçkün vəziyyətinə düşmüş bir ölkə kimi Azərbaycan hər zaman bütünmünaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsiplərinəuyğun həllinin tərəfdarı olub, eyni zamanda, bunu atdığı addımlarıilə təsdiqləyir. Azərbaycanın sülhün, təhlükəsizliyin təminedilməsi istiqamətində nümayiş etdirdiyi təcrübə bu gün beynəlxalqsəviyyədə təqdir edilir. Azərbaycan Ukrayna ilə Rusiya arasındamüharibənin iki dövlət arasında qarşılıqlı dialoq və anlaşmaşəraitində həllinin tərəfdarıdır. Eyni zamanda, regionun diplomatikpaytaxtı olaraq, münaqişəyə hər hansı subyektiv baxışı olmayan ölkəkimi gələcəkdə bu konfliktin sülh yolu ilə həlli üçün platformarolunu oynaya bilər.

Azərbaycan və Ukrayna Prezidentlərinin mətbuata birgəbəyanatlarında bu reallıqlara xüsusi diqqət yönəldildi. UkraynaPrezidenti görüşlərdə sülh sahəsində səylərin müzakirəsini önəçəkərək bildirdi ki, bu, yekun nəticədə müharibəyə son qoyulmasıUkrayna üçün olduqca vacibdir. Əlbəttə, biz bu prosesdə vasitəçilikedən tərəfdaşlara minnətdarıq: “Biz Azərbaycan Prezidentinəminnətdarıq. Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu.Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalıtərəfdaşlarımızla Cenevrədə görüşdük və həmçinin istərdik ki,danışıqlarımızı Azərbaycanda aparaq. Bir halda ki, əgər budiplomatiyanı, həmçinin Rusiya tərəfi də seçərsə.”

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan həmişə özünə dost hesabetdiyi ölkələr arasında dostluq münasibətlərinin inkişafını təşviqedir, bu prosesə dəstək göstərir. Bu da Azərbaycanın xaricisiyasətinin təməl prinsiplərindən biridir.

Azərbaycan və Ukrayna Prezidentlərinin təkbətək və geniştərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında UkraynaPrezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıqməsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlikifadə edildi. Görüşlərin müntəzəm xarakter daşıdığını bildirənPrezident İlham Əliyev onu da əlavə etdi ki, son dörd il ərzindəbu, yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatlarıntoplantıları çərçivəsində baş vermişdir. Son dörd il ərzindəprezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi mühümgöstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbərverir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təminedilməsindən danışırıq. Səfər Azərbaycan-Ukrayna dostluqəlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.

Qeyd edək ki, Volodimir Zelenski Prezident kimi Azərbaycana ilkdəfə 2019-cu ildə səfər etmişdir. Görüşlərdə və dövlət başçılarınınmətbuata birgə bəyanatlarında iki ölkənin Prezidentlərinin şəxsimünasibətlərinin də o vaxtdan başladığı və bu gün də uğurla davametdiyi xüsusi vurğulandı. Dövlət başçısı İlham Əliyev, həmçinin2022-ci ilin yanvarında Kiyevə səfərini də xatırladaraq bildirdiki, aparılan fikir mübadiləsi və ondan sonrakı təmaslarUkrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır.Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildəKiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənədimzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdəölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi,sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır.Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlıolaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir vədəstəkləyəcəkdir.

Millət vəkili bildirib ki, Ukrayna Prezidentinin səfəriçərçivəsində əməkdaşlığın bir çox istiqamətlərdə, o cümlədən enerjisahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, kəndtəsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu,Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunuldu. Bildirildi ki,Ukrayna ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığıninkişafının böyük potensialı var. Azərbaycanın enerji sahəsindəəməkdaşlıq əlaqələri geniş coğrafiyanı əhatə edir. SOCAR-ınUkraynada yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Bu daikitərəfli biznes əlaqələrinin inkişafına töhfədir. Ukraynalıhəmkarı ilə mətbuata birgə bəyanatlarında enerji sahəsindəəməkdaşlığı xüsusi qeyd edən dövlətimizin başçısı İlham Əliyevbildirdi ki, burada həm əldə edilmiş nailiyyətlər var, SOCARUkraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eynizamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgətəşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər səfərçərçivəsində ətraflı müzakirə edildi. Təbii ki, ticarətdövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyinmərkəzindədir. Ticarət dövriyyəmiz yarım milyard dolları ötüb.Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki, növbəti illərdəbu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkələr arasında əlaqələrininkişafında dövlətlərarası sənədlərin rolunu nəzərə alsaq məmnunluqhissi ilə qeyd edə bilərik ki, bu günədək Azərbaycan ilə Ukraynaarasında 160-dan artıq sənəd imzalanıb. Ukrayna Prezidenti mətbuatabəyanatında səfər zamanı 6 sənədin imzalandığını qeyd edərək onu davurğuladı ki, heyətlərimiz birmənalı olaraq onların təfərrüatlarıilə bağlı fikir mübadiləsi aparacaqlar. Bu gün sahələrə gəldikdə,bir nömrəli sahə təhlükəsizlikdir. Müdafiə sənayesi sahəsindəartıma gəldikdə, Ukrayna müharibə şəraitindən irəli gələrək özmüqavimət gücünü göstərdi və biz ekspert biliklərimizi bölüşməkistərdik. Bu gün ekspertlərimiz Azərbaycandadır, onlar azərbaycanlıhəmkarlarına dəstək verir. Biz bu tərəfdaşlığı bundan sonra dadavam etdirərək birgə istehsala başlayacağıq. Digər mühüm sahələrvar. Əlbəttə ki, bunlar bizim xalqlarımızın, ölkələrimizintəhlükəsizliyinə töhfə verir və sözün əsl mənasında biz istərdikki, ölkələrimiz arasında bu əlaqələr daha da artsın.

Millət vəkili Azərbaycanın bərpa və quruculuq sahəsində dünyadaunikal təcrübəyə malik ölkə olduğunu önə çəkərək gələcəkdə bərpa vəquruculuq layihələrinin reallaşdırılmasında Azərbaycanın Ukraynailə öz təcrübəsini bölüşə biləcəyini bildirib. Göründüyü kimi, hərbir səfər əlaqələrin daha da yaxınlaşması, yeni istiqamətlər üzrəinkişafı üçün böyük stimuldur. Ölkələr arasında qarşılıqlısəfərlərin dinamikliyi dostluq, etimad prinsiplərinin yüksəksəviyyədə qorunduğunun təsdiqidir. Azərbaycan bütün dövlətlərləbərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələrqurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir, öz daxiliniişinə müdaxiləni də yolverilməz hesab edir. Xarici siyasətimizindəyişməz prinsipləri həm ənənəvi tərəfdaşlarla əlaqələrin yeniistiqamətlər üzrə inkişafında, həm də yeni dostların qazanılmasındaəhəmiyyətli rol oynayır.

Chosen
22
8
az.trend.az

10Sources