EN

Braziliyalı legioner "Qarabağ"dan ayrılıb vətəninə yollandı

"Qarabağ"ın cinah müdafiəçisi Dani Bolt komandadan ayrılıb.

Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, sözügedən futbolçunun atası dünyasını dəyişdiyi üçün düşərgəni tərk edib.

O, 5 günlük icazə alaraq vətəni Braziliyaya yollanıb.

"Qarabağ" bu gün Misli Premyer Liqasının 29-cu turu çərçivəsində bu gün "Neftçi"nin qonağı olacaq.

Ötən yay heyətə qatılan 26 yaşlı Bolt cari mövsüm bütün turnirlərdə 37 matça çıxaraq 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Chosen
29
1
fanat.az

2Sources