EN

Rusiyadan 28 ölkəyə xəbərdarlıq – “May ayında…”

“Avropa İttifaqı (Aİ) və Böyük Britaniya may ayında nəzarətsiz iqtisadi problemlərlə üzləşəcəklər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev deyib.

O, bu barədə “X” sosial media hesabında yazıb:

“Onla baş verəcək enerji böhranı “sunamisi”ndən ağır zərbə alacaq. Sağ qalmaq üçün qüsurlu yanaşmalarını və siyasətlərini düzəltməlidirlər”.

Dmitriyev Avropa ölkələrinə ünvanlı bunları da qeyd edib:

“Daxili uğursuzluqları haqlı çıxarmaq üçün xarici düşmən axtarmaq əvəzinə, gərginliyi azaltmalıdırlar”.

Xatırladaq ki, Avropa İttifaqına hazırda 27 ölkə üzvdür

Chosen
41
editor.az

1Sources