EN

Spirtli içki beyni necə məhv edir?

Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Gənc yaşlarda spirtli içki qəbulunun beynə təsiri düşündüyümüzdən daha təhlükəli ola bilər.

Bu barədə nəticələri “Neurobiology of Aging” jurnalında dərc olunan elmi araşdırmada bildirilib.

Araşdırmaya görə, insan sonradan alkoqoldan imtina etsə belə, gənclik dövründə spirtli içki qəbulu beynin “bioloji tənzimlənməsini” poza bilər. Bu isə beynin stressə qarşı təbii müdafiə mexanizmini zəiflədir, insanın çətinliklərə uyğunlaşmasını və həyatdakı dəyişikliklərə tez reaksiya verməsini çətinləşdirir.

Mütəxəssislər bildirirlər ki, bunun nəticələri yetkin yaşlarda yaddaş və düşünmə qabiliyyəti ilə bağlı ciddi problemlər şəklində özünü göstərə bilər.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
2
azpost.info

10Sources