EN

8 yaşlı uşaq anasının hesabından fırıldaqçılara çoxlu pul köçürdü - FOTO

Rusiyanın Tıva Respublikasında 8 yaşlı uşaq fırıldaqçıların tələsinə düşərək anasının bank hesabından 300 min rubldan çox pul köçürüb.

Bizim.Media xəbər verir ki, hadisə messencerdə “20 min rubl uduş” vədi ilə başlayıb.

Məlumata görə, dələduzlar “mükafatın alınması” bəhanəsi ilə uşaqla yazışmağa başlayıblar. Onlar azyaşlıdan adını, yaşını, telefon nömrəsini, kiminlə və harada yaşadığını öyrəniblər.
 

Daha sonra fırıldaqçılar saxta çeklərdən və bank bildirişlərini imitasiya edən mesajlardan istifadə ediblər. Onlar uşağı “cərimə” və polisə müraciətlə hədələyərək “prizi” valideynlərinin bank kartı vasitəsilə rəsmiləşdirməli olduğunu bildiriblər.


Qorxuya düşən məktəbli anasının telefonuna giriş əldə edib və dələduzların diktəsi ilə kənar hesablara 6 pul köçürməsi həyata keçirib.

Bundan sonra fırıldaqçılar izləri gizlətməyə çalışıblar. Onlar uşaqdan mesajları silməyi, bank bildirişlərini söndürməyi, hətta SİM-kartı kəsməyi tələb ediblər.

Lakin baş verənlər ananın diqqətindən yayınmayıb. O, vəziyyəti anlayandan sonra polisə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.






Bizim.Media

Chosen
2
2
bizim.media

10Sources