EN

Taksi sürücüləri və yükdaşıma operatorları üçün imtahan keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi üçün növbəti test imtahanı keçirilir.

Publika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

İmtahan DİM-in elektron imtahanlar korpusunda kompüter vasitəsilə 1 saat müddətində aparılır. Taksi sürücüsü olmaq istəyənlər üçün həmçinin Bərdə və Gəncə şəhərlərində də imtahan keçirilir.

İmtahan saat 11:00 və 15:00 olmaqla iki növbədə təşkil olunur.

Chosen
2
3
publika.az

4Sources