EN

"Arsenal"dan Premyer Liqada yeni rekord

İngiltərə Premyer Liqasında çıxış edən Arsenal yeni rekordla yadda qalıb.

"Unikal" Opta Sports-a istinadən xəbər verir ki, London klubu buna XXXIV tur çərçivəsində "Newcastle United" üzərində qazandığı 1:0 hesablı qələbə ilə nail olub.

“Topçular” cari mövsümdə künc zərbələrindən vurulan qolların sayına görə Premyer Liqa tarixində yeni göstərici müəyyənləşdirib. Komanda bu yolla artıq 17 dəfə fərqlənib.

Bundan əvvəl isə bu rekord 16 qolla "Oldham Athletic" (1992/1993), "West Bromwich Albion" (2016/2017) və yenə "Arsenal" (2023/2024 mövsümü) tərəfindən qeydə alınmışdı.

Qeyd edək ki, hazırda London təmsilçisi 73 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Chosen
8
41
unikal.az

10Sources