EN

Minaya düşən şəxsin vəziyəti NECƏDİR? YENİLƏNİB

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ağdərə rayonunda minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbi ilə xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi) aprelin 26-da, saat 14 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Partlayış travması, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi hal-hazırda davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".

***

Aprelin 26-da işğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıblar.

Qeyd olunub ki, 1967-ci il təvəllüdlü Xocalı rayonu, Yenibinə kənd sakini Vüqar Salah oğlu Əhmədov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
43
47
redaktor.az

10Sources