EN

Hörmüz böhranı: Britaniya ərzaq tədarükünə başladı

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Böyük Britaniya hökuməti İranla bağlı münaqişənin yaratdığı mümkün ərzaq və yanacaq qıtlığı risklərinə qarşı hazırlıq tədbirlərini gücləndirdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Baş nazir Keyr Starmer aprelin 28-də ehtimal olunan çatışmazlıqlarla bağlı yaradılmış komitənin növbəti iclasına sədrlik edəcək. Bununla yanaşı, nazirlərdən ibarət qrup ehtiyat səviyyələrini və təchizat zəncirində mümkün pozuntuları izləmək üçün həftədə iki dəfə toplanır.

Münaqişənin başlanmasından sonra Hörmüz boğazının bağlanması neftin qiymətinin kəskin artmasına səbəb olub. Bildirilir ki, ayın əvvəlində hökumət rəsmiləri müharibənin davam edəcəyi təqdirdə yayda, xüsusilə, toyuq və donuz əti daxil olmaqla, ərzaq qıtlığı ilə bağlı ən pis ssenarini də nəzərdən keçiriblər.

Hökumət, eyni zamanda, ictimaiyyəti sakitləşdirməyə çalışaraq sürücüləri adi qaydada yanacaq doldurmağa və səyahət planlarını dəyişməməyə çağırıb. Bu çağırış mümkün aviasiya yanacağı çatışmazlığı ilə bağlı narahatlıqlar fonunda edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
7
axar.az

8Sources