EN

ABL də finalın adı dəqiqləşdi: Sabah Abşeron Lions la qarşılaşacaq

ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aprelin 25-26-da  Azərbaycan Basketbol Liqasında (ABL) play-off mərhələsinin cavab yarımfinal oyunları keçirilib.

Sportal.az xəbər verir ki, ilk yarımfinal seriyasının cavab oyununda "Sabah" səfərdə "Gəncə" üzərində 78:73 hesabı ilə qələbə qazanaraq, seriyada ümumi hesabı 2:0 edib və ilk finalçı olub.

İkinci yarımfinal seriyasının cavab oyununda "Abşeron Lions" 90:81 hesabı ilə "Neftçi"yə qalib(2:0) gəlib və üçüncü görüşə ehtiyac duyulmayıb. Belədə, "Abşeron Lions" finalda "Sabah"ın rəqibi olub.

Qeyd edək ki, final seriyasında ən tez üç qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26 mövsümünün çempionu olacaq.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
39
20
sportal.az

10Sources