Cəlilabadda buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşüb.
Aznews.az xəbər verir ki, hadisə Cəlilabad rayonunun Zopun kəndində baş verib.
Belə ki, 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanından qayıdan şagirdləri kəndə aparan avtomobil digər kənd sakininin idarə etdiyi avtomobillə toqquşub.
Qəza nəticəsində xəsarət alanlar var.