Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində iştirak edəcək, lakin nümayəndə heyətinin formatı və təmsilçilik səviyyəsi hələ müəyyən edilməyib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Moldova Prezidenti Maya Sandu ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Ukrayna Türkiyədəki NATO sammitində təmsil olunacaq”, - dövlət başçısı vurğulayıb.
Bununla yanaşı, V.Zelenski əlavə edib ki, ölkəni konkret olaraq kimin və hansı formatda təmsil edəcəyi barədə danışmaq hələlik tezdir.