EN

Premyer Liqa: “Şamaxı” doğma meydanda “Kəpəz”i məğlub etdi

ŞAMAXI, 26 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXIX turunda “Şamaxı” və “Kəpəz” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüşdə “şirlər”in qollarını Rikardo Apolinario (68-ci dəq.) və Andrey Tirkoveanu (75-ci dəq.) vurublar.

Bu nəticədən sonra Ayxan Abbasovun komandası xallarını 35-ə çatdıraraq turnir cədvəlinin 8-ci, Azər Bağırovun kollektivi isə 21 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün növbəti qarşılaşmasında “Neftçi” “Qarabağ”ı qəbul edəcək. “Palms Sport Arena”da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.

Chosen
25
4
teleqraf.com

5Sources