EN

"Fənərbağça"dan derbi öncəsi sürpriz: Azarkeşlərə pulsuz forma paylanacaq

Türkiyə Super Liqasının 31-ci həftəsində keçiriləcək "Qalatasaray" - "Fənərbağça" derbisi öncəsi qonaq komandadan maraqlı addım gəlib.

Fanat.Az xəbər verir ki, "Fənərbağça" rəhbərliyi RAMS Parkda keçiriləcək matçda tribunalarda vizual vəhdəti təmin etmək üçün qonaq azarkeşlərə pulsuz "çubuqlu" forma paylayacağını açıqlayıb.

Məlumata görə, derbi biletinin qiyməti 2 500 TL olduğu halda, azarkeşlərə hədiyyə edilən formanın bazar qiyməti hazırda endirimlə 2 974 TL-dir.

Bu o deməkdir ki, bilet alan azarkeşlər əslində bilet pulundan daha dəyərli bir hədiyyə qazanmış olurlar. Rəhbərliyin bu qərarı azarkeşlər arasında böyük rəğbətlə qarşılanıb.

Chosen
33
fanat.az

1Sources